Millimiz Slovakiyanı qəbul edir - YENİLƏNİR
14.10.2024 - 09:18
Millimiz Slovakiyanı qəbul edir - YENİLƏNİR

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığmasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləəck görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 3 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

14 oktyabr

20:00 Azərbaycan – Slovakiya
Baş hakim: Rohit Saqqi (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu

0