"Səbail" yoxlama oyunu keçirib
14.10.2024 - 09:55
"Səbail" yoxlama oyunu keçirib

Milli komandalara görə çempionata verilən fasilədən istifadə edən "Səbail" yoxlama görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi birinci liqada iştirak edən "Baku Sportinq"lə qarşılaşıb.

Matç Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

“Səbail”in qollarına Madi Keta, Ayman Bouali və David Qomis vurub.

0