Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulacaq
14.10.2024 - 09:39
Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gələcəklər.

Neftçi Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Azərbaycan Kuboku

14 oktyabr

13:30. “Dinamo” – “Füzuli”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
Neftçi Futbol Mərkəzi

0