Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
10.07.2025 - 12:17

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi Niderlandın “Volendam” klubu yay toplanışı çərçivəsində növbəti yoldaşlıq oyunu keçirib.
Apasport.az xəbər verir ki, Erediviziya klubu ölkənin digər klubu “Katveyk”lə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Kökçü ikinci hissədə meydana çıxıb.
Qeyd edək ki, 26 yaşlı Ozan bu ilin may ayında "Volendam"a transfer olub.
0
0