Millimizin üzvü oynadı, komandası lider oldu
09.03.2025 - 12:35

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejon" Cənubi Koreya liqasında liderliyə yüksəlib.
Apasport.az xəbər verir ki, Krivotsyukun komandası ölkə çempionatının 4-cü turunda səfərdə "Daegu"nu məğlub edib - 2:1.
Krivotsyuk 90 dəqiqə meydanda yer alıb. O, sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Daejeon" 4 matçdan sonra 9 xal toplayıb.
0
0