Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ
21.07.2025 - 09:52
Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

"Sumqayıt"la müqaviləsi bitən Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu I Liqaya yüksələn "Serik Belediyespor"un formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, Taşkınla 1 il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, millimizin də formasını geyinmiş futbolçu 2024-cü ildə Türkiyədə "Manisa"da çıxış edib.