“Mingəçevir”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
10.07.2025 - 14:07

I Liqa təmsilçilərindən "Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı məşqçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ramiz Məmmədov bu postda Fizuli Məmmədovu əvəz edib.
0
0