Naxçıvandan olan hakimlər briqadası ilk dəfə Azərbaycan çempionatında
18.12.2024 - 17:33
AFFA U-17 Liqasının XIX tur çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” oyununda ilk yaşanıb.
Apasport.az xəbər verir ki, Naxçıvandan olan hakimlər briqadası AFFA Hakimlər Komitəsi tərəfindən bu görüşə təyinat alıb.
“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.
Bununla Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışda oyun idarə edib.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
0
0