Paris-2024: İdmançı yarışdan sonra huşunu itirdi
02.08.2024 - 17:54
Paris-2024 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, slovakiyalı üzgüçü Tamara Potoçka 200 m məsafəyə fərdi qarışıq yarışlardan sonra huşunu itirib.
Hadisə Potoçkanın finişə çatmasından sonra baş verib. Həkimlər üzgüçünü oksigen maskası ilə xərəkdə aparıblar. O, sonradan özünə gəlib.
Qeyd edək ki, bu, 21 yaşlı üzgüçünün Olimpiya Oyunlarında ilk çıxışı olub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0