“Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
19.07.2025 - 15:56
“Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO

“Qarabağ” klubunun təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan mini futbol turniri keçirilib.

Apasport.az xəbər verir ki, 2 gün davam edən görüşlərdə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

Finalda "J Yunayted" komandasına 9:3 hesabı ilə qalib gələn "İnternasional" kollektivi yarışın qalibi olub. Üçüncü yer uğrunda matçda isə "CanSports" "Media Star" üzərində böyükhesablı qələbə qazanıb - 17:5.

"Qalaksi" komandası turniri beşinci, "Futbol +" isə altıncı tamamlayıb.