Qurban Qurbanov: “İstəməzdim ki, olsun”
08.03.2025 - 21:14
Qurban Qurbanov: “İstəməzdim ki, olsun”

"Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xalı əldə etdik".

- Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Fikir bildiriləsi bir şey yox idi. Oyuna başlayanda rəqib aqressiv idilər. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Sadəcə kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox belə aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil. 

- Yayda transfer sayı çox olacaq? 
- Ola bilər. Əfsuslar olsun ki, futbolçu insandır. Müqavilə ilə öz klubları olur. İstədiyimiz istıdiyimiz vaxtda rahatlıqla götürə bilmərik. Söz verə iblmərəm, 3-5-7 olacaq. Amam axtarırıq. baxırıq. Uyğun mövqelərə dəyişikliklər gözlənilir.

- Növbəti mövsümlə bağlı 3 klubun da gələcəyini də nəərə alsaq, gərgin olacaq? Limit ləğv elunub deyıə daha asan olacaq?
- Bilmirəm. Amma fərq olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, daha da çempionat aktivləşləsin. 

- Yeni sezon liqada oyun sayı 36 yox, 33 olacaq. Sırf "Qarabağ" üçün problemdir?
- Yox, inanmıram. Çünki heç də az deyil say. Kuboklardfa oynayırsan, az deyil. ,sas keyfiyyətdir. Eybni yox oyn sayı az olsun, keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq.