
İspaniya millisinin futbolçusu Serxio Ramos Meksikanın "Monterrey" klubunun heyətində növbəti qolunu vurub.
Apasport.az xəbər verir ki, 39 yaşlı müdafiəçi ötən gecə KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində doğma meydanda Kanada təmsilçisi “Vankuver”lə keçirilmiş cavab matçında fərqlənib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla da təcrübəli oyunçu komandasının ardıcıl üç görüşündə rəqib qapılarına yol tapmağı bacarıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Səfərdəki ilk oyunda 1:1 hesabı qeydə alındığından, Meksika klubu səfər qolu qaydasına əsasən, turnirdə mübarizəni dayandırıb.
- "Səbail"in oyunçusu 4 oyunluq cəza aldı, klub 3000 ziyana düşdü
- "Qarabağ" və "Araz-Naxçıvan" futbolçularına görə cərimələndi
- “Səbail” – “Neftçi” görüşünün hakimi açıqlanıb
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
- Fernandu Santuş: "Onlar özlərini göstərəndə dəvət alacaqlar"