“Sabah”ın rəqibi bəlli olub
01.08.2025 - 02:03

“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.
Apasport.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində “Braqa”ya (Portuqaliya) uduzan “Levski” Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək.
Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14 avqustda Bakıda keçiriləcək.
0
0