“Sabah”ın Sloveniya sərgüzəşti başlayıb
02.07.2024 - 11:36
“Sabah”ın Sloveniya sərgüzəşti başlayıb

“Sabah” futbol klubu Sloveniyada təlim-məşq toplanışındadır. 

Apasport.az-ın xəbərinə görə, dünən komanda hazırlıq çərçivəsində ilk məşqinə çıxıb. İyulun 1-dən başlayan Sloveniya səyahəti 18 iyunda başa çatacaq.

“Sabah”ın ölkəxaricində 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər Sloveniyanın “Koper”, “Çukariçki”, Ukraynanın “Krivbass” və “Rux” komandaları olacaq.

Qeyd edək ki, ölkəmizi avrokuboklarda təmsil edəcək “bayquşlar” mübarizəyə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Sabah” 25 iyulda “Makkabi Hayfa” ilə oyun üçün İsrail səfərinə yollanacaq, cavab görüşü isə avqustun 1-i Bakıda baş tutacaq.
 

0