Meksikanın “Pumas” klubu həbsxanada olan Dani Alveşdən təzminat tələb edir.
Apasport.az xəbər verir ki, bu barədə “sport.es” nəşri məlumat yayıb. “Pumas” Alveşin zorlama işinə görə həbsxanada olmasının klubun imicinə xələl gətirdiyini iddia edir və sabiq müdafiəçidən 6 milyon avro təzminat istəyir.
Alveşin məhkəməsi martın 25-də olacaq.
Dani Alveş 2022-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Pumas”da çıxış edib. Futbolçunun həbs olunmasından sonra klub onun müqaviləsinə xitam verib. Dani Alveş 2023-cü ilin yanvarında həbs olunub.
Keçmiş braziliyalı oyunçu karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda çıxış edib.
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb