“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər bir futbolçunun ən böyük arzusu öz milli komandasına dəvət almasıdır”.
Apasport.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında ilk dəfə Azərbaycan milli komandasına çağırılmasına münasibət bildirib:
“Bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.
Qeyd edək ki, yığmamız martın 22-də Haiti, üç gün sonra Belarusla qarşılaşacaq.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım