
“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov komandadan ayrılıb.
Apasport.az xəbər verir ki, buna səbəb mütəxissisin I Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2022-ci ildən "Şamaxı"nın idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin idarə heyətinə yeni üzv seçilib.