"Səbail" kapitanı ilə müqavilə yeniləyib - RƏSMİ
22.07.2025 - 11:55
"Səbail" kapitanı ilə müqavilə yeniləyib - RƏSMİ

2025/2026 mövsümündən etibarən I Liqada çıxış edəcək "Səbail" kapitanı Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə 1+2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.