"Səbail"in oyunçusu 4 oyunluq cəza aldı, klub 3000 ziyana düşdü
13.03.2025 - 12:57
"Səbail"in oyunçusu 4 oyunluq cəza aldı, klub 3000 ziyana düşdü

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
 
08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
 
08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);
 
09.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Səbail” klubu 3000 manat cərimə edilsin (maddə 40.3);
 
10.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 37);
 
10.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 41);
 
11.03.2025-ci il tarixində II Liqada XVI turun “Dinamo” – “Füzuli” oyununun 38-ci dəqiqəsində “Dinamo” komandasının 44 nömrəli futbolçusu Əli Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
11.03.2025-ci il tarixində II Liqada XVI turun “Dinamo” – “Füzuli” oyununun 80-ci dəqiqəsində “Füzuli” komandasının 23 nömrəli futbolçusu Yusif Cəfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Füzuli” komandası 150 manat cərimə edilsin (maddə 39.1);
 
12.03.2025-ci il tarixində II Liqada XVI turun “Göygöl” – “Lerik” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 37);
 
12.03.2025-ci il tarixində II Liqada XVI turun “Hypers Guba” – “Sheki City” oyununun 90+2-ci dəqiqəsində “Hypers Guba” komandasının 55 nömrəli futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 87-ci dəqiqəsində “Neftçi-2” komandasının 74 nömrəli futbolçusu Kamal Kazımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Neftçi-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 100 manat cərimə edilsin. Stadionun əmlakına dəymiş zərər “Turan Tovuz-2” komandası tərəfindən qarşılansın (maddə 54);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 39 nömrəli futbolçusu Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+6-cı dəqiqəsində “Turan Tovuz-2” komandasının 18 nömrəli futbolçusu Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
 
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 38);  
 
8 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ümid(Saatlı)-Marafon İK oyununda Ümid(Saatlı) komandasının baş məşqçisi Anar Cəbrayılov qarşılaşmanın 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalansın (maddə 43.4);
 
8 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ümid(Saatlı)-Marafon İK oyunu bitdikdən sonra Ümid(Saatlı) komandasının rəsmisi Şahmar Abdullayev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalansın (maddə 43.4);
 
9 mart 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Neftçala FK oyununda Neftçala FK komandasının heyətində N12 futbolçu Sərxan Sailli qarşılaşmanın 90-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
 
7 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy-Səbail PFK oyununda Səbail PFK komandasının heyətində N7 futbolçu Sabir Məmmədovun qarşılaşmanın 30-cu dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 3 oyun cəzalansın (maddə 43.1);
 
7 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Universal Football Academy-Səbail PFK oyununun 30-cu dəqiqəsində Səbail PFK komandasının heyətində N11 futbolçu Fariz Hüseynovun komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 3 oyun cəzalansın (maddə 43.1);
 
Qarşılaşmanın 62-ci dəqiqəsində Universal Football Academy komandasının heyətində N66 futbolçu Hüseyn İbrahimov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
 
8 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Şamaxı FK oyununda Zirə PFK komandasının heyətində N10 futbolçu Nuran Muradlının qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalansın (maddə 43.1);
 
9 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Dinamo(Bakı)-Qarabağ FK oyununda Dinamo(Bakı) komandasının heyətində N5 futbolçu Elvin Əliyevin qarşılaşmanın 16-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
9 mart 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Dinamo(Bakı)-Qarabağ FK oyununun 17-ci dəqiqəsində Dinamo komandasının məşqçisi Esmael Vakilighazijahan hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 42.3);
 
8 mart 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı)-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N4 futbolçu Anar Rəhmanov qarşılaşmanın 90-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 39.1);
 
7 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo(Bakı)-Universal Football Academy oyununda Universal Football Academy komandasının heyətində N15 futbolçu Amal Qasımov qarşılaşmanın 77-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
 
9 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının baş məşqçisi  Anar Kələntərov qarşılaşmanın 30-cu dəqiqəsində hakimin qərarına etiraz görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 42.4);
 
9 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Səbail PFK-Lion PFK oyunu bitdikdən sonra Səbail PFK komandasının heyətində N9 futbolçu Nizami Mənsimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalansın (maddə 43.1);
 
9 mart 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Səbail PFK-Lion PFK oyunu bitdikdən sonra Lion PFK komandasının N33 futbolçusu Seymur Şükürlü rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalansın (maddə 43.1);
 
8 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Birlik PFK-Baku Sporting FK oyununda Birlik PFK komandasının baş məşqçisi Zahid Əliyevin oyun boyu və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalansın (maddə 43.4);
 
9 mart 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Ulduz FA-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N1 futbolçu Məhəmməd Rəhimov qarşılaşmanın 60-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
9 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Araz Bakı UFK-Binə FK oyununda Araz Bakı UFK komandasının heyətində N7 futbolçu Camal Fərruxlu qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 43.1);
 
9 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Araz Bakı UFK-Binə FK oyununda qarşılaşmanın 29-cu dəqiqəsində Araz Bakı UFK komandasının köməkçi məşqçisi Ramin Fərruxlu meydana daxil olaraq hakimə fiziki təzyiq göstərdiyinə və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 7 oyun cəzalansın (maddə 40.9, 40.11);
 
8 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Modern FC-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N15 futbolçu Sənan Zeynallı qarşılaşmanın 37-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
 
8 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Lamasya Baku- FC Young Pro oyununda FC Young Pro komandasının baş məşqçisi Emin Süleymanov qarşılaşmanın 58-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5);
 
8 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Sumqayıt FK-Vətən İOEUGFMPHŞ oyununda Sumqayıt FK komandasının heyətində N99 futbolçu Emil Məhəmmədrzayev qarşılaşmanın 44-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
 
9 mart 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Həkəri Qubadlı-Sunami FK oyununun Həkəri Qubadlı komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Həkəri Qubadlı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
09.03.2025-ci il tarixində keçirilən futzal üzrə  1-ci liqanın 8-ci turunun Xan Lənkəran – Çarşı Bakı oyununda Çarşı Bakı komandasının oyunçusu İlqar Qaziyev oyunun 29-cu dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın (maddə 36.5).