"Ştutqart"dan "Borussiya"ya
08.07.2024 - 20:29

"Ştutqart"ın müdafiəçisi Valdemar Anton karyerasını "Borussiya"da (Dortmund) davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.
Transferin dəyəri 22,5 milyon avrodur. 27 yaşlı almaniyalı futbolçu Dortmund təmsilçisi 4 illik müqavilə imzalayacaq.
Qedy edək ki, Anton ötən mövsümdə "Ştutqart"ın heyətində 37 oyun keçirib. O, 1 qol və 4 ötürmənin müəllifi olub.
0
0