"Sumqayıt" braziliyalı futbolçu transfer edib
15.08.2024 - 19:40

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı müdafiəçi Alan Diasla 1+2 illik müqavilə imzalayıb.
25 yaşlı müdafiəçi komandada 5 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.
- "Şamaxı" "Səbail"i məğlub etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Premyer Liqa: 3 turun proqramı müəyyənləşib
- "Turan Tovuz"dan növbəti transfer həmləsi - EKSKLÜZİV
0
0