AFFA-nın dəstəyi və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıtda yerləşən General Məhəmməd Əsədov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada minifutbol turniri keçirilib.
Apasport.az xəbər verir ki, festival xarakterli təşkil edilən yarışa 40-dan çox şagird cəlb olunub.
Onlar futbol oynayıb, maraqlı vaxt keçiriblər. Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən toplar hədiyyə olunub.
Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov və digər rəsmi şəxslər təqdim ediblər.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"