"Turan Tovuz" çempionluq mübarizəsində qalmaq arzusunda - YENİLƏNİR
16.02.2026 - 10:12
"Turan Tovuz" çempionluq mübarizəsində qalmaq arzusunda - YENİLƏNİR

Misli Premyer Liqasında XX tur davam edir.

Apasport.az xəbər verir ki, üçüncü oyun gününə Şamaxıda start veriləcək.

Rayonun eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Qonaqlar qələbə qazanaraq çempionluq yarışında qalmaq niyyətindədir.

"Şamaxı" ilə növbəti 3 xalı aktivinə yazmağı planlaşdırır.

Qeyd edək ki, "münəccimlər" 23 xalla 8-ci, qərblilər isə 33 xalla 4-cü pillədə qərarlaşıb. 

Misli Premyer Liqası
XX tur
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu