"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib
24.06.2024 - 17:22

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb. O, Azərbaycanda "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.
0
0