
“Turan Tovuz”un yay transfer planı bəlli olub.
Apasport.az saytına verilən məlumata görə, klub aparıcı oyunçularını komandada saxlamaqda israrlıdır.
Tovuz təmsilçisi əsas hücumçuya çevrilən Aleks Souzanı buraxmaq niyyətində deyil.
Premyer Liqa klubu 23 yaşlı futbolçuya daha bir illik müqavilə təklif edəcək.
Komandanın baş məşqçisi Kurban Berdıyev də braziliyalı forvarddan razı qaldığı üçün onunla müqavilə müddətinin artırılmasını istəyir.
Aleks 2024-cü il yanvarın 12-də “Turan Tovuz”a keçib. Souzanın hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, bunadək "Hegelman" və "Boluspor" komandalarında oynayıb. Forvard bu sezon 22 matçda 4 qol vurub, 3 assist edib.