U-17 millimizin rəqibləri müəyyənləşib
03.05.2024 - 16:22

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, yığma Macarıstan, Yunanıstan və Rumıniya kollektivləri ilə 6-cı qrupda mübarizə aparacaq.
İlk raundun oyunları iyulun 1-dən noyabrın 19-dək mini-turnir formatında keçiriləcək.
0
0