U-18 millimizin heyətində daha bir dəyişiklik edilib
29.04.2024 - 12:18

18 yaşadək (U-18) futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub.
Qeyd edək ki, U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.
0
0