U-23 millimiz dünya çempionatına qatılacaq
23.08.2024 - 14:58

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək.
Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, yarış oktyabrın 7-10-u aralığında baş tutacaq.
Turnirdə ölkəmizlə yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.
0
0