Reynders üçün 50 milyon avro
05.06.2025 - 09:15

“Mançester Siti” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub “Milan”ın futbolçusu Teyani Reynders ilə yaxından maraqlanır.
"Şəhərlilər" onun keçidi üçün 57 milyon avro ödəməyə hazırdır.
Tərəflərin transfer barədə razılıq əldə etdiyi bildirilir. Müqavilədə əlavə bonuslar da yer alıb.
Qeyd edək ki, Reynders ötən mövsüm A Seriyasında 37 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0