Yığmamız 2-ci olub
23.06.2024 - 10:56

İyunun 22-də Tatarıstanın Kazan şəhərində koreş idman növü üzrə yeniyetmələr arasında dünya birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, millimiz yarışı 5 medalla başa vurub.
Azərbaycan yığmasının heyətində Cavidan Nəhmətov (80 kq) qızıl, Nuhan Müzəffərov (55 kq) və Ramil Malıyev (65 kq) gümüş, Ülvi Rzayev (60 kq) və Kənan Bayramlı (85 kq) bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan milli komandası ümumi hesabda dünya ikincisi olub.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
1
0