"Zirə" əsas oyunçusunun müqavilə müddətini uzadacaq
09.10.2024 - 14:37
"Zirə" əsas oyunçusunun müqavilə müddətini uzadacaq

"Zirə" aparıcı futbolçularından bir neçəsi ilə danışıqlara başlayıb.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Ruan Renato ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Belə ki, komandanın aparıcı oyunçusu olan Renatoya daha bir illik müqavilə təklif ediləcək.

30 yaşlı futbolçunun özünün də "Zirə"də qalmaq istədiyi bildirilir.

2023-cü ilil iyulunda "Zirə"də forma geyinən Ruanın müqaviləsi 2025-ci il iyul ayında başa çatacaq. 

0