Fransa millisində yeni kapitan
09.10.2024 - 15:55

Kilian Mbappe Fransa millisinə dəvət edilmədiyi üçün yığmada yeni kapitan seçilib.
Apasport.az xəbər verir ki, kollektiv "Real"ın futbolçusu Orilyan Tçuameniyə üstünlük verib.
Fransa millisi oktyabrın 10-da Millətlər Liqası çərçivəsində İsraillə üz-üzə gələcək.
Budapeştdə keçirilək oyuna 22:45-də start veriləcək.
Qeyd edək ki, Fransa millisinin digər kapitanı Antuan Qrizmann milli karyerasını başa vurub.
0
0