Misli Premyer Liqasında 26-cı tura bu gün oynanılacaq 3 oyunla yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün ikinci matçı Zirə qəsəbəsində baş tutacaq.
"Zirə" doğma meydanda "Şamaxı"nı qonaq edəcək.
Aktivində 42 xalı olan "qartallar" avrokuboklara getmə yolunda vacib 3 xal axtarışındadır. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Rəşad Sadıqovun komandası bu pilləni əldən vermək istəmir.
Demək olar ki, liqada heç bir iddiası olmayan "Şamaxı" isə oyuna qismən daha rahat çıxacaq. 30 xalla 8-ci pillədə olan Ayxan Abbasovun kollektivi qələbə qazanacağı təqdirdə turnir cədvəlində "Sumqayıt"ı üstələyəcək.
Qeyd edək ki, matçın start fiti saat 17:15-də səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
17:15. "Zirə" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Zirə. İdman Kompleksinin stadionu