Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
03.06.2026 - 21:46
Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, milli komandamız Çexiya ilə üz-üzə gəlib.

Görüş yığmamızın 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Ratomir Deliçin kollektivi növbəti matçda Polşa ilə qarşılaşıb. Bu görüşdən də qalib ayrılan millimiz qrupu 2-ci bitirib və adını pley-in mərhələsinə yazdırıb: 20:13.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.