Millimiz Sinqapuru məğlub edib
12.07.2025 - 12:57
Millimiz Sinqapuru məğlub edib

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti çıxıb.

Apasport.az xəbər verir ki, komandamız C qrupunda ilk görüşünü Sinqapur yığmasına qarşı keçirib.

Basketbolçularımız rəqiblərini 22:10 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, millimiz günün növbəti matçında Ukraynanı sınağa çəkəcək.

Dünya Qadın Seriyası

11:00. Sinqapur – Azərbaycan - 10:22