AL: Ardanın "Şaxtyor"undan "Beşiktaş"a 4 qol - YENİLƏNİB
25.07.2025 - 00:23
AL: Ardanın "Şaxtyor"undan "Beşiktaş"a 4 qol - YENİLƏNİB

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş” öz meydanında Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk”i qəbul edib.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” cavab görüşü öncəsi doğma azarkeşləri qarşısında üstünlük əldə etməyə çalışıblar. Lakin Ukrayna təmsilçisi buna imkan verməyib.

6 qolun vurulduğu qarşılaşmada “Şaxtyor Donetsk” İstanbul klubunu 4:2 hesabı ilə məğlub edib. “Beşiktaş”ın heyətində ilk qolu 40-cı dəqiqədə yeni transfer Tammi Abraham penalti zərbəsindən vurub. Komandanın ikinci qoluna isə Joao Mario imza atıb.

Qeyd edək ki, cavab oyunu iyulun 31-də Polşanın Krakov şəhərində yerləşən “Reymana” stadionunda keçiriləcək.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi

Saat 21:00, "Ostrava" - "Legiya" 2:2

Saat 21:00, "Şeriff Tiraspol" - "Utrex" 1:3

Saat 21:30, "Levski Sofia" - "Braqa" 0:0

Saat 21:30, "Midtyulland" - "Hibernian" 1:1

Saat 22:00, "Anderlext" - "Heken" 1:0

Saat 22:00, "Beşiktaş" - "Şaxtyor Donetsk" 2:4

Saat 22:00, "Selye" - "AEK Larnaka" 1:1

Saat 22:30: "Luqano" - "CFR Kluj" 0:0