Millimizin üzvü oynadı, komandası avrokubokda qələbə qazandı
25.07.2025 - 09:54
Millimizin üzvü oynadı, komandası avrokubokda qələbə qazandı

Azərbaycanlı futbolçu Zamiq Əliyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qələbə sevincini yaşayıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya təmsilçisi "Eqnatiya" səfərdə Minsk "Dinamo"su üzərində 2:0 hesablı qələbə qazanıb.

Macarıstanda baş tutan qarşılaşmada start heyətində meydana çıxan Zamiq Əliyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Albaniya çempionu olan "Eqnatiya" bundan əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Breydablik"ə iki oyunun nəticəsinə görə məğlub olmuşdu – 1:0 və 0:5.