
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Omoniya" - "Araz-Naxçıvan" matçından öncə qonaqların futbolçusu Çarles Boli mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bölüşüb:
"Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq. Rəqibi yaxşı tanıyırıq. Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.
Qeyd edək ki, cavab oyunu sabah saat 21:00-da start götürəcək.
- Xulio Velaskes: “Müdafiə olunmaq fikrində deyilik”
- "Şkendiya"nın kapitanı: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"
- “Qarabağ”ın pley-off oyunlarının vaxtı bəlli olub
- “Şkendiya”nın futbolçusu: “Zirə”yə keçmək imkanım var idi, gəlmədim”
- “Fənər” pley-offda: ÇL-də gecənin nəticələri - YENİLƏNİB