
Bu gün Çempionlar Liqasının Liqa mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" ilk matçına çıxacaq.
"Köhlən atlar" səfərdə “Benfika” ilə qarşılaşacaq. Portuqaliyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
23:00 Benfika (Portuqaliya) – Qarabağ 2:3
Qollar: Entso Barreneçea, 5, Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30, Kamilo Duran, 48, Aleksey Kaşuk, 87
Baş hakim: Erik Lambrexts (Belçika)
"Benfika": 1. Anatoli Trubin, 26. Samuel Dal, 4. Antonio Silva, 30. Nikolas Otamendi (k), 17. Amar Dediç, 20. Riçard Rios, 5. Entso Barreneçea, 10. Georgi Sudakov, 21. Andreas Şelderup, 8. Fredrik Oursnes, 14. Vangelis Pavlidis
Baş məşqçi: Bruno Laje
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov