ÇL-də iştirak edəcək bütün komandalar bəlli olub
28.08.2025 - 01:31
ÇL-də iştirak edəcək bütün komandalar bəlli olub

Çempionlar Liqasında bu mövsüm Liqa mərhələsində çıxış edəcək 36 klubun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Qarabağ"ı püşkatma zamanı yer alacağı səbət müəyyənləşib.

Monakoda keçiriləcək püşkatma Azərbaycan çempionu dördüncü səbətdə yer alıb. Turnirin reqlamentinə görə, püşkdə Ağdam klubunun 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqibi bəlli olacaq.

Mərasim saat 20:00-da start götürəcək. 

Çempionlar Liqasının səbətləri:

1-ci səbət: PSJ (Fransa), "Real (İspaniya), Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya D" (Almaniya), "Barselona" (İspaniya).

2-ci səbət: "Arsenal" (İngiltərə), Bayer" (Almaniya),​​ "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus (İtaliya), "Ayntraxt" (Almaniya), "Brugge" (Belçika). 

3-cü səbət: "Tottenham" (İngiltərə), PSV, "Ayaks" (hər ikisi Niderland), "Napoli"(İtaliya), "Sportinq (Portuqaliya), "Slaviya" (Çexiya), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç), "Marsel" (Fransa).

4-cü səbət: “Kopenhagen” (Danimarka), "Monako" (Fransa), "Yunion" (Belçika), "Qalatasaray" (Türkiyə), "Qarabağ" (Azərbaycan), "Nyukasl" (İngiltərə), "Atletik" (İspaniya), “Kayrat” (Qazaxıstan), "Pafos" (Kipr).