DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Apasport.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşır.
Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start verilib.
İngilislər görüşə qolla başlayıblar. Modriçin cərimə meydançasında Maduekeyə qarşı kobud oyunu penaltiyə səbəb olub. 10-cu dəqiqədə topun arxasına keçən Harri Keynin zərbəsini Livakoviç dəf etsə də, hakim Kleman Turpen xorvatiyalı qapıçının zərbə anında qapı xəttini tərk etdiyini müəyyənləşdirib. Bu səbəbdən 11 metrlik cərimə zərbəsi təkrarlanıb. Yenidən topun arxasına keçən Keyn bu dəfə fürsəti boşa verməyib – 1:0.
36-cı dəqiqədə xorvatlar hesabı bərabərləşdirib. Martin Baturina qarşısıalınmaz zərbəylə topu Cordan Pikfordun qoruduğu qapıdan keçirib: 1:1.
Bu qoldan 6 dəqiqə sonra İngiltərə yenidən hesabda önə keçib. Deklan Raysın yerinə yetirdiyi küncdən zərbədən sonra Harri Keyn topu başla qapıdan keçirib: 2:1.
DÇ-2026
L qrupu
18 iyun
00:00. İngiltərə – Xorvatiya 2:1
Qol: H. Keyn, 12, 42, M. Baturina, 36
İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz, O’Rayli, Anderson, Rays, Madueke, Bellinqem, Qordon, Keyn.
Xorvatiya: Livakoviç, Stanişiç, Qvardiol, Şutalo, Perişiç, Modriç, Baturina, Paşaliç, P. Suçiç, Vuškoviç, Musa.
- Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqası: "Beşiktaş" Danimarka nəhənginə rəqib oldu
- Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB