Elvin Cəfərquliyev: “Rəqib kimi “Barselona”nı görmək istəyərəm”
28.08.2025 - 00:11
Elvin Cəfərquliyev: “Rəqib kimi “Barselona”nı görmək istəyərəm”

“Bütün azarkeşləri, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. İkinci dəfə bu tarix yazıldı”.

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev deyib.

Futbolçu şəxsi karyerasında ilk dəfə Çempionlar Liqasında çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib: “Avropa Liqasında çıxış etmişdim, lakin Çempionlar Liqasında ilk dəfə oynayacağam. Bu da mənim üçün bir ilkdir. Azarkeşlərimiz olmasaydı, bu qələbəni qazana bilməzdik”.

Azərbaycan millisinin üzvü oyunun son dəqiqələrinin onlar üçün çox gərgin keçdiyini də vurğulayıb: “Həmin anda oyunun içində idik. Bir top buraxsaydıq, əlavə vaxt oynayacaqdıq. Şükür Allaha ki, bu baş vermədi”.

Cəfərquliyev, həmçinin Çempionlar Liqasının əsas mərhələsində qarşılaşmaq istədiyi komandanı açıqlayıb: “Rəqib kimi ‘Barselona’nı görmək istəyərəm”.