"Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”
18.08.2025 - 18:39
"Ferentsvaroş"un futbolçusu: “Əsas odur ki, öz oyunumuzu oynayaq”

UEFA Çempionlar Liqası pley-off mərhələsində "Ferentsvaroş" "Qarabağ"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, matçdan öncə meydan sahiblərinin futbolçusu Qavriel Kanikovski mətbuat konfransında iştirak edib.

"Sabahkı oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə bu rəqiblə qarşılaşmışıq. Həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq. Futbolçu üçün yeni komandada uyğunlaşma prosesi heç vaxt asan olmur. Lakin baş məşqçi və komanda yoldaşlarım adaptasiyanın mümkün qədər tez və yaxşı keçməsi üçün əllərindən gələni edirlər. Burada olmaq çox xoşdur. Ailəm də Budapeştdə özünü yaxşı hiss edir. Əvvəllər fərqli sistemdə bir az daha geridə oynamışam. Ancaq məşqçinin məni görmək istədiyi yerdə komandaya kömək etmək istəyirəm".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə ayın 27-də Bakıda baş tutacaq.