
Bu gün Azərbaycanın 3 futbol klubu Avropa səhnəsinə çıxacaq.
Apasport.az xəbər verir ki, "Sumqayıt", "Zirə" və "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
"Sumqayıt" doğma meydanda Macarıstan təmsilçisi "Fehervar"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək.
“Zirə” “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.
"Sabah" isə səfərdə İsrail təmsilçisi "Makkabi"nin (Hayfa) qonağı olacaq.
Qeyd edək ki, “Zirə” - “DAK 1904” qarşılaşması saat 20:30-da başlayacaq. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB