Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”
16.07.2025 - 21:22
Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”

Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq".

Apasport.az xəbər verir ki, bunu "Sabah"ın üzvü Pavol Şafranko deyib.

Futbolçu səfərdə Sloveniyanın "Selye" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq. İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik".

Qeyd edək ki, "Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.