Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.
"Qalatasaray" İtaliya nəhəngi "Yuventus"u qəbul edib. İlk hissə qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra üstünlüyü ələ alan "sarı-qırmızılılar" rəqibini 5:2 hesabı ilə məğlub etməyi bacarıb.
“Real” səfərdə “Benfika” ilə qarşılaşacaq. "Kral klubu" üçün son turda məğlub olduğu rəqiblə duel prinsipial əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.
17 fevral
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21:45 "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) 5:2
Qollar: T. Kopmayners, 16, 32, Q. Sara, 15, N. Lanq, 49, 74, D. Sançez, 60, S. Boey, 86
00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya)
00:00 "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)
00:00 "Monako" (Fransa) – PSJ (Fransa)