“Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
06.02.2026 - 14:21
“Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu

"Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.

Apasport.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib. 

Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Saşa Boey, Yaser Aspirilla və Nao Lanqdır.

Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Yuventus"la qarşılaşacaq. İlk matç fevralın 17-də İstanbulda, cavab matçı isə ayın 26-da Turində keçiriləcək.