
Gələn həftə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi start götürəcək.
Apasport.az xəbər verir ki, “Qarabağ” Şimali Makedoniya klubu “Şkendiya” ilə qarşılaşacaq.
Komandaların keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.
UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib.
“Şkendiya” – “Qarabağ”
Saat 22:00. 5 avqust
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
“Todor Proeski” stadionu
“Qarabağ” – “Şkendiya”
Saat 20:00. 12 avqust.
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(Hakimlər briqadası Niderlanddandır)
Tofiq Bəhramov adına Respublika Stadionu