
Sloveniyanın “Selye” futbolçusu Franko Kovaçeviç Avropa Liqasının I təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, futbolçu mətbuat konfransında bunları deyib:
“İlk oyuna istədiyimiz kimi başlaya bilməmişdik, ancaq toparlandıq və qələbə qazandıq. Hər iki qolumuzda komanda işi var idi. Mən sadəcə topa toxunaraq qapı xəttini keçirdik. Cavab oyunu öncəsi yaxşı atmosfer var. Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik. Məşqçimiz planı hazırlayıb və biz bunu mümkün qədər yaxşı yerinə yetirməliyik”.
Qeyd edək ki, "Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.