UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından (5:1) sonra qonaqların yarımmüdafiəçisi Alhassan Adamu Apasport.az saytına müsahibə verib.
"Məğlub olsaq da, yeni nələrsə öyrəndik. Bizim üçün yaxşı şeylər də oldu. Növbəti görüşə fokuslanmalıyıq. Çünki “Qarabağ”la matçlar geridə qaldı. Səhvlərimizi gördük, yeni şeylər öyrəndik. Mənim burada işim budur".
- Pley-offda kiminlə qarşılaşmaq istəyərsən, "Ferentsvaroş", yoxsa "Lüdoqorets"?
- Düzünü desəm, bu komandalardan heç birini tanımıram. Amma gələn hər kəs bizim üçün yaxşıdır. Heç birini fərqləndirmək istəmirəm. Sadəcə, gözləyirəm. Bizə qarşı oynamağa gələn hansıdırsa, o da bizim üçün yaxşıdır.
- Bu, Bakıya ilk səfərindir?
- Bəli, ilk dəfədir Bakıya gəlirəm. Amma əvvəllər "Zirə"yə keçmək imkanım var idi, gəlmədim. Şəhərinizi bəyəndim.
- Niyə?
- Bilmirəm. Bəlkə, gələcəkdə alındı.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB